Vakansiya – Dükan adminstratoru

Ticarət obyektinin fəaliyyət sahəsi üzrə işəgötürənin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi.
Dialoq.info  xəbər verir ki,işlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edilməsi.
Bölmələrin rəhbərləri ilə birgə sahənin fəaliyyət dairəsinə aid olan məsələləri müzakirə oluması, onların həll edilməsi üçün tapşırıqların verilməsi.
Mövcud bazarın, rəqiblərin, onların bazar fəaliyyətinin, qiymətlərin, araşdırılması.
Müxtəlif tipli avadanlıqların (elektrik, seramika, mebel) satışının təşkilinə, kassada satılmış avadanlıqlar barədə məlumatların göstərilməsinə,sənədlərin rəsmiləşdirilməsinə pul vəsaitlərinin, sənəd, blanklarının və başqa maddi sərvətlərin alınmasına nəzarətin olunması.
Satış nöqtəsinin dizaynına, əmtəələrin düzülüşünə, obyektin təmizliyinə, realizasiyası çətin olan məhsullara xüsusi stimullaşdırılma proqramlarının tətbiqinə, satış menecerlərinin müştərilərlə davranışına, zəruri olduqda müştərilərlə şəxsən danışıqların aparılmasına xüsusi diqqət yetirilməsi.
Alınan avadanlıqların müştərilərə çatdırılmasına nəzarət.
Müştərilərlə rahat ünsiyyətin qurulmasına, onlara müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsinin, müştəri məmnuniyyətinintəmini.
Tabeliyində olan struktur bölmələr və ya işçilər arasında iş bölgüsünün aparılması, zəruri treyninqlərin keçirilməsi və işçilərin motivasiya olunması tədbirlərini, yeni işçilərin kollektivə adaptasiya olunmasını, şirkətin iş prinsipləri ilə tanışlığın həyata keçirilməsi.
İşçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət. İşçilərin əmək haqlarının artırılması və vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatların verilməsi.

Bilməlidir:

Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr
qərar və sərəncamlarını;iqtisadiyyatın,idarəetmənin, əmək qanunvericiliyinin, marketinqin əsaslarını; rəhbərlik etdiyi sahənin işçilərinin əməyinin ödənilməsi sistemini;
rəhbərlik etdiyi sahənin istehsal texnologiyasını;

Yaş həddi :30-50
Ali təhsilli

Nahar şirkət tərəfindən verilir.

Əmək haqqı namizədin  bilik və təcrübəsindən asılı olaraq dəyişir.

Sizi öz kollektivimizdə görməyə şad olarıq!

CV göndərərkən mövzu qismində ” Dükan adminstratoru ” yazıb, [email protected] ünvanına göndərə bilərsiniz.