Vakansiya: Hüquqşünas

“Qafqaz Lizinq” şirkəti “Hüquqşünas” vəzifəsinə işə qəbul elan edib. Dialoq.info şirkətə istinadən verdiyi məlumata görə, namizədlər ali hüquq təhsilli olmalı, Azərbaycan dilini mükəmməl bilməli, Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləməyi bacarmalıdır. Hüquq sahəsində 1 ildən yuxarı iş təcrübəsinin olması vacibdir. Məhkəmə qərarlarının icrası işində iş təcrübəsi olanlara üstünlük veriləcək.
Əsas vəzifə öhdəlikləri:
– Məhkəməyə göndəriləcək sənədlərin təşkilatın müvafiq struktur bölmələrindən təhvil alınması;
– Məhkəməyə təqdim olunması üçün bütün sənədlərin tam hazır vəziyyətə gətirilməsi;
– Sənədlər hazır olduqdan sonra aidiyyatı üzrə məhkəməyə müraciət olunması;
– Məhkəmə işlərində təşkilatın təmsil edilməsi;
– Məhkəmə qərarlarının icrasına nəzarət edilməsi;
– Hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı mütləq qeyd olunmalıdır.