Vakansiya: İngilis dili müəllimi (GƏNCƏ)

Vakansiya: İngilis dili müəllimi (GƏNCƏ)

İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 29 Oktyabr 2014
Son tarix: 20 Noyabr 2014
Vakansiya nömrəsi: 008
Yerləşdiyi ərazi: Gəncə
İş saatları: Dəyişkən (Cədvələ əsasən)
Əmək haqqı: 300 – 800 AZN

Vakansiya tələbləri

Minimum Bakalavr (İngilis dili müəllimliyi, (İngilis dili müəllimliyi, tərcümə, britaniyaşünaslıq və amerikaşünaslıq ixtisasları üzrə)
İngilis dilinin tədrisi üzrə minimum 1 il iş təcrübəsi
Tələbələr və şagirdlər ilə iş təcrübəsi, pedaqoji təcrübə
TOEFL və ya IELTS sertifikatlarının olması üstünlükdür.
Xaricdə təhsil alması üstünlükdür
CELTA, TKT, DELTA sertifikatlarının olması üstünlükdür

Vəzifə və funksiyaları

İnteraktiv metodlarla ingilis dilinin bütün səviyyələrinin tədrisi
İngilis dilinin müxtəlif yaş qrupları üçün tədrisi
Aylıq tədris planının hər qrup üçün hazırlanması
Tələbələr üçün dərs tapşırıqları, sinif tapşırıqlarının hazırlanması
Proqramın müntəzəm olaraq təqib olunması və bununla bağlı hesabatların rəhbərliyə verilməsi
Rəhbərliyə mütəmadi olaraq tələbələrin göstəriciləri və davamlı inkişafı ilə bağlı məlumatların verilməsi
Müəllimlər üçün təşkil olanan təlimlərdə iştirak edilməsi

Maraqlanan şəxslərdən veb səhifədə göstərilən ərizə formasını doldurub [email protected] ünvanına göndərmələri xahiş olunur. Şəxsi CV-lərə baxılmayacaqdır.
Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur. Məsələn, “İngilis dili müəllimi (GƏNCƏ)”

Ərizə forması (2)