RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: İT auditor

542

İşin təsviri:

Audit Komitəsi tərəfindən təsdiq edilmiş illik plana əsasən Bankın funksional İT struktur bölmələrinin hərtərəfli auditinin aparılması; Normativ-hüquqi aktların və bankdaxili qaydaların icrasının vəziyyətinin auditinin aparılması;  Risk ehtimalı ilə əlaqədar bank kapitalının qiymətləndirilməsi sisteminin yoxlanılması və qiymətləndirilməsinin aparılması və nəzarət edilməsi;  Bütün növ bank əməliyyatları üzrə İT etibarlığının yoxlanılmasının təşkili;  Elektron informasiya sistemləri və bank xidmətləri də daxil olmaqla, maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılması və qiymətləndirilməsini təşkili; İT fəaliyyətlərin səmərəliliyinin və effektivliyinin qiymətləndirilməsini aparılması;  Bankın fəaliyyətində istifadə edilən İT standartlarının tətbiqini qiymətləndirilməsi;  Bankda mövcud olan daxili nəzarət sistemlərinin adekvatlığını qiymətləndirilməsi; İT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması; Audit zamanı aşkar edilmiş istisnalar və nöqsanlar haqda yekun qərar qəbul edilməsi üçün əlavə araşdırmalarının aparılması.

Namizədə qarşı tələblər:

Kompyuter və informasiya sistemlərinin idarəedilməsi sahəsində bakalavr dərəcəsinin olması (CİSA arzu olunandır);  Azərbaycan mükəmməl, rus və ingilis dillərinində biliklər üstünlük hesab olunur;  İT sahəsində ən azı 2 il iş təcrübəsinin olması; Yaxşı səviyyədə Əməliyyat Sistemləri, Microsoft Office, SQL, PL/SQL, Oracle Database bilik və təcrübəsinin olması;  İşində dəqiq, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli kimi bacarıqlara sahib olması;  Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi Bankın normatıv sənədlərinin tələbləri ilə yaxından tanış olmalı;  Daim təşəbbüskar, davamlı, müstəqil və qərəzsiz fəaliyyət göstərməli;  Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26.04.2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT auditor” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı