RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: Korporativ satış departamentinin mütəxəssisi

333

Korporativ satış departamentinin mütəxəssisi

Namizədə tələblər

Yaş: 22-30
Cinsi: kişi və ya qadın
Təhsil: Ali
İş təcrübəsi: Satış sahəsində və ya bank sahəsində olanlara üstünlük verilir
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər

Ünsiyyət qurmaq bacarığı
Yüksək nitq mədəniyyəti
Xoş xarici görüş
Yüksək təqdimat bacarığı
Satış texnologiyaları ilə bağlı nəzəri biliklər
Əsas vəzifə öhdəlikləri

Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri

Əmək müqaviləsi bağlanılır
İş vaxtı 09:00 – 18:00
İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur
Sabit əmək haqqı 400-500 AZN + rüblük motivasiya
– Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır )

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı