RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: Korporativ satış departamentinin mütəxəssisi

353

Vakansiya: Korporativ satış departamentinin mütəxəssisi
Şirkət: Atəşgah Sığorta

Namizədə tələblər:

– Yaş: 23-30;
– Cinsi: kişi və ya qadın;
– Təhsil: Ali;
– İş təcrübəsi: Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir;
– Dil bilikləri: Azərbaycan (əla), Rus (əla);
– Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi.

Şəxsi keyfiyyətlər:

– Ünsiyyət qurmaq bacarığı;
– Yüksək nitq mədəniyyəti;
– Xoş xarici görüş;
– Yüksək təqdimat bacarığı.

Əsas vəzifə öhdəlikləri:

– Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
– Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
– Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
– Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
– Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
– İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri:

– Əmək müqaviləsi bağlanılır;
– İş vaxtı 09:00 – 18:00;
– İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
– Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir;
– Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur;
– Sabit əmək haqqı 400-500 AZN + rüblük motivasiya.

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı