RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə mütəxəssis

361

DəmirBank ASC Risk Departamentinin Kredit Risklərinin İdarə Olunması şöbəsinə mütəxəssis qəbulu elan edir.
Əsas vəzifə öhdəlikləri:
Kredit risklərinin ölçülməsi məqsədilə müxtəlif yeni metodların, o cümlədən reytinq və scoring metodlarının, vintaj analizinin, miqrasiya matrisinin hazırlanmasında iştirak edilməsi;
Mütəmadi olaraq kredit portfelinin keyfiyyət tendensiyalarının izlənməsi və müəyyən edilmiş dövrülükdə hesabatların verilməsi;
Filialların kredit portfelinin keyfiyyətini əsas götürməklə reytinq metodologiyasının hazırlanması, təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi və qəbul edilmiş təklifləri icra edilməsi;
Bankda müxtəlif risk sahələri üzrə kredit limitlərinin təyin edilməsi barədə təkliflərin verilməsi və təsdiqlənmiş limitlərin riayət edilməsinə nəzarət edilməsi;
Kredit sahəsində aşkar edilmiş nöqsanların və çatışmazlıqların müvafiq struktur bölmələr tərəfindən aradan qaldırılması barədə öz təkliflərinin verilməsi və qəbul edilmiş təklifləri icra edilməsi;
Bankın struktur bölmələrində risklərin idarə edilməsi işinin risk siyasətinə, bankdaxili qaydalara və prosedurlara uyğun aparılmasına nəzarət edilməsi və bütün kənarlaşmalar barədə Departament direktoruna məlumat verilməsi;
Bankda kredit riski səhəsində (kredit potfeli daxil olmaqla) müvafiq metodologiya əsasında stres-testlər keçirilməsində iştirak edilməsi;
Bölmənin işinə aid prosedur, təlimat və qaydaların hazırlanması;
Bankın rəhbərliyi, o cümlədən Departament direktoru tərəfindən biləvasitə verilən göstəriş və tapşırıqları, biləvasitə rəhbərini məlumatlandırmaqla, icra edilməsi;
Bankın daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarina daim riayət edilməsi;
Daim bankın imicinin və mənafeyinin qorunması.

Namizədə qarşı tələblər:
İqtisadiyyat sahəsində ali təhsil (magistr dərəcəsi arzuolunandır);
Analitik düşüncə tərzi, maliyyə-mühasibat hesabatları ilə işləmək bacarığı;
Bankda (kredit, risk sahələrində) iş təcrübəsinin olması üstünlükdür;
Analitik düşünmə qabiliyyəti;
Güclü statistika bilikləri (modelləşdirmə və proqnozlaşdırma);
Yüksək səviyyədə Microsoft Excel bilikləri (formulalar və cədvəllərlə işləmək);
Sərbəst Azərbaycan, İngilis və Rus dili bilikləri;
Sərbəst işləmə bacarığı;
Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı