Vakansiya: Kredit şöbəsinin stajçı mütəxəssisi / baş mütəxəssisi

Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi) olmalıdır.      Vəzifə: Bankın “Sumqayıt” filialının Kredit şöbəsinin stajçı mütəxəssisi / baş mütəxəssisi

Əmək haqqı: (710 AZN-dən 1650 AZN-dək)

Vəzifə : ( stajçı mütəxəssis, kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, baş mütəxəssis)

Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (470AZN) ödənilməklə stajçı mütəxəssis götürülə bilər.

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Sumqayıt   NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);

• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

• Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) təcrübə arzuolunandır ;

• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;

• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

• Riyazi hesablama aparmaq qabiliyyəti;

• Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;

• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

• Yüksək qavrama və öyrənmə qabiliyyəti;

• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

• Kompyuter bilikləri:

İŞİN TƏSVİRİ:

• Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;

• Kredit müraciətlərinin qəbulu və analizi;

• Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;

• Kredit sənədlərinin tərtibi;

• Kredit portfelinə nəzarət və idarə etmək;

• Müştəri hesablarının aparılmasına nəzarət;

• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.   Əlaqə vasitələri :

E – mail : [email protected] Telefon: (012) 404 43 39 Faks:  (012) 404 43 34