Vakansiya: Məktəbəqədər hazırlıq üzrə müəllim (GƏNCƏ)

Vakansiya: Məktəbəqədər hazırlıq üzrə müəllim (GƏNCƏ)

İşə götürən: Kaspi Təhsil Şirkəti
Elan tarixi: 29 Oktyabr 2014
Son tarix: 20 Noyabr 2014
Vakansiya nömrəsi: 009
Yerləşdiyi ərazi: Gəncə
İş saatları: Dəyişkən
Əmək haqqı: Cədvələ əsasən

 Vakansiya tələbləri

Minimum bakalavr təhsili – İbtidai sinif müəllimliyi, ibtidai metodika üzrə ali təhsili olan şəxslər
Uşaqlar və ya şagirdlər ilə iş təcrübəsi, pedaqoji təcrübə
4 – 6 yaş qrupları ilə işləməyi bacaran
Müasir tədris metodlarından və elektron vasitələrdən istifadə bacarıqları
Öyrətmə həvəsi və kommunikasiya bacarığı

 Vəzifə və funksiyaları

İnteraktiv metodlarla uşaqlara məktəbəqədər hazırlıq biliklərinin tədrisi
Aylıq tədris planının müxtəlif aşağı yaş qrupları üçün hazırlanması
Uşaqlar üçün həftəlik dərs tapşırıqları, sinif tapşırıqlarının hazırlanması
Gündəlik dərslərin keçirilməsi
Həftəsonları uşaqların bilik səviyyəsinin yoxlanılması
Proqramın müntəzəm olaraq təqib olunması və bununla bağlı hesabatların rəhbərliyə verilməsi
Rəhbərliyə mütəmadi olaraq uşaqların göstəriciləri və davamlı inkişafı ilə bağlı məlumatların verilməsi
Müəllimlər üçün təşkil olunan təlimlərdə iştirak edilməsi
Valideynlər ilə işləmə bacarığı, valideynlərə uşaqları ilə bağlı məlumatların verilməsi
Ehtiyac olduqda uşaqlarla fərdi qaydada ünsiyyət qurulması
Uşaqlara gün ərzində nəzarət və uşaqların sahiblərindən səhər və günün sonunda təhvil alınması və  geri verilməsi

Maraqlanan şəxslərdən veb səhifədə göstərilən ərizə formasını doldurub [email protected] ünvanına göndərmələri xahiş olunur. Şəxsi CV-lərə baxılmayacaqdır.

Qeyd: Email-in “subject” bölümündə müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur. Məsələn, “Məktəbəqədər hazırlıq üzrə müəllim (GƏNCƏ)”

Ərizə forması (2)