Vakansiya: Maliyyə departamentinin direktoru vəzifəsi

 “Bakı Sığorta” şirkəti maliyyə departamentinin direktoru vəzifəsinə vakansiya elan edir. Ali təhsilli, 30-45 yaşlı, sığorta sahəsində 5 ildən artıq iş təcrübəsinə malik, Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilən, MS Office (Word, Excel) kompüter proqramlarında işləməyi bacaran, ACCA F3 səviyyəsndə mühasibat bilikləri olan şəxslər müraciət edə bilərlər. Namizədlər işə planlı yanaşmaq bacarığı, dəqiq, punktual, məsuliyyətli olmaq xüsusiyyətlərinə malik olmalıdırlar.

İş barədə məlumat:
– Departamentin işinin təşkili
– Departamentin işinə nəzarət
– Hesabatların yoxlanılması
– Mühasibat hesablarına nəzarət
İşçi ilə əmək müqaviləsi bağlanılır. İş vaxtı həftənin 5 günü 09:00-dan 18:00-dək.

Əmək haqqı: 1500 – 2500 AZN
CV göndərənlərdən “mövzu” bölməsində “direktor” sözünü yazmaları xahiş olunur.

Əlaqə vasitələri;
Telefon: (012) 598-81-81, dax. 1250
Faks: (012) 598-81-82
E-Mail: [email protected]
Əlaqəli şəxs: Yusif Əsgərov