Vakansiya: Maliyyə İşləri üzrə Köməkçi

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Maliyyə Departamenti üçün Maliyyə İşləri üzrə Köməkçi vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 155,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. İş Öhdəlikləri: · Öz sahəsi üzrə əməliyyat prosedurlarına, təlimatlara, formalara və s. dair hər hansı zəruri dəyişikliklərin edilməsi üçün Baş Maliyyə Menecerinə və Baş Maliyyə İcraçısı/ Maliyyə Təhlilçisinə bildiriş vermək və bu məsələlərə dair onun təsdiqini almaq; · Maliyyə və digər departamentlərin heyət üzvləri ilə müsbət əlaqələrin saxlanılması. Maliyyə departamentinin digər heyət üzvlərini işlərinə uyğun fəaliyyətlər barədə davamlı olaraq məlumatlandırmaq; · Daxil olmuş müraciətlərə lazımi qayğı və diqqətlə baxıldığından və “FINCA Azərbaycan”-ın xidmətlər siyahısına dair protokolunda qeyd olunmuş zaman çərçivəsinə riayət olunduğundan əmin olmaq; · Tələb olunarsa, Baş Maliyyə Meneceri, Baş Maliyyə İcraçısı/Maliyyə Təhliliçisi tərəfindən verilmiş digər xüsusi tapşırıqlar. Aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər: · Əsasən İqtisadiyyat, Maliyyə, Biznes, Mühasibat İşi və oxşar səhələrdə Universitet dərəcəsi; · Əsasən maliyyə sektorunda, universitetlərində və ya tədqiqat sahəsində ən azı bir illik iş təcrübəsi; · Məlumat bazasının və sənəd işlərinin qorunub saxlanmasına dair biliklər və iş təcrübəsi; · Hesabatların hazırlanması üzrə bacarıqlar; · MS Office proqramları, xüsusilə MS Excel üzrə yüksək biliklər; · Azərbaycan və ingilis dilində səlis danışıq qabiliyyəti, Rus dili biliyi arzu olunandır. “FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir. Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 31 Mart 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər! Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz: Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə. Tel: (012) 596 33 858687;

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here