Vakansiya: Mikro lizinq bölməsinin mütəxəssisi

İş yeri: Bakı, Sumqayıt, Xaçmaz şəhəri

İşəgötürən Qafqaz Lizinq

Vəzifə: Mikro lizinq bölməsinin mütəxəssisi (Bakı, Sumqayıt və Xaçmaz)

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür. Dialoq.info xəbər verir ki, hal-hazırda “Qafqaz Lizinq” ASC Bakı, Sumqayıt və Xaçmaz şəhərlərində yerləşən filialları üçün Mikro lizinq bölməsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.   Əsas vəzifə və öhdəliklər:   Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə şirkətin lizinq məhsullarına dair məlumatın verilməsi; Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi; Müraciətlərin filialın kredit komitəsinə təqdim edilməsi və müdafiəsi; Lizinq portfelinin formalaşdırılması və idarə edilməsi; Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi; Müvafiq hesabatların hazırlanması: Müştərilərin geri ödənişlərinə nəzarət; Tələb olunan keyfiyyətlər:   İş yeri: Bakı, Sumqayıt, Xaçmaz şəhəri; Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə); İş təcrübəsi mütləq deyil. Kredit, biznes və ticarət sahəsində müəyyən təcrübə arzuolunandır; Azərbaycan dilində sərbəst danışmaq və yazmaq; Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı; Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı; Müştərilərlə davranış etikası. Vakansiya ilə maraqlanan şəxslərdən CV – [email protected] ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını Mikro lizinq bölməsinin mütəxəssisi (Bakı, Sumqayıt, Xaçmaz) qeyd etməklə göndərmələri xahiş olunur.   CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:   Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B Tel: (012) 991 “Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.