Vakansiya : “Nəzarət şöbəsinin müdiri” vəzifəsi

“TuranBank” Cəlilabad filialına “Nəzarət şöbəsinin müdiri” vəzifəsinə işə qəbul elan edib.Dialoq.info -un banka istinadən yaydığı məlumata görə, namizədlər 23-33 yaşında, ali iqtisadi təhsilli olmalı, MS Office proqramlarında işləməyi bacarmalı, bank və vergi qanunvericiliyini bilməlidir. Bank və yaxud mühasibatlıq sahəsində ən azı 1 il iş təcrübəsi vacibdir.

Əsas vəzifə öhdəlikləri:
– Bankdaxili  mühasibat uçotunun  aparılması;
– İnzibati xərclərin uçotu;
– Əsas vəsaitlərin uçotu;
– Müştərilərlə aparılan bütün növ kassa-hesablaşma əməliyyatlarının düzgün aparılmasına nəzarət, onların yoxlanması və avtorizasiyası;
– Müştərilərin hesablarına qoyulmuş sərəncamların icrasına nəzarət;

Maraqlananlar öz CV-lərini [email protected] electron poçt ünvanına göndərə bilər və yaxud (012) 510 79 11 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.