RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: Ofis Meneceri

518

BOKT “Embafinans” MMC aşağıda qeyd olunanlar üzrə İnzibati şöbənin “Ofis meneceri” vakansiyasını elan edir:

Əsas vəzifə və öhdəliklər:

  daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
  sənədləri göndərmək;
  sənədlərin icra müddətinə nəzarət etmək ve icra edilmiş sənədləri tələb etmək;
  sənədlərin surətlərini çıxarmaq və çoxaltmaq;
  sənədləri işlər üzrə formalaşdırmaq və arxivə vermək;
  sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək;
  kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə kargüzarlıq işinə metodik rəhbərliyi həyata keçirmək, kargüzarların peşə hazırlığını artırmaq;
 sənədlərin hərəkəti operativ aparılmalı, nizamlanmalı və optimal şəkildə həyata keçirilməlidir;
 işin zərurətindən irəli gəlməyən əməliyyatlar sənədlərin hərəkətindən kənarlaşdırılmalıdır;
 sənədlərin işlənməsi prosesində maksimum eynilik təmin olunmalıdır.

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

 Təhsili – ali;
 İş təcrübəsi- 1 il;
 Azərbaycan və rus dillərini mükəmməl bilmək;
 Kompüter bacarıqları – Microsoft Office;
 Qanunları, qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilmək;
 «Kargüzarlıq işinin aparılması haqqında təlimat»-ı bilmək;
 Gərgin əmək şəraitində işləməyi bacarmaq, ciddi ehtiyac olduqda istirahət və bayram günlərində işə çıxmaq;
 İnsanlarla xoşməramlı və işgüzar ünsiyyət qurmağı bacarmaq. Bank sirrini, məxfi və konfidensial məlumatları gizli saxlamaq.

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  [email protected] ünvanına göndərə bilərlər.

Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.

Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.

İş qrafiki: 5 gün / saat 09.00-18.00

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı