RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: PEŞƏKAR İNKİŞAF VƏ TƏLİM ÜZRƏ MÜTƏXƏSSİS

806

Vakansiya: PEŞƏKAR İNKİŞAF VƏ TƏLİM ÜZRƏ MÜTƏXƏSSİS

Vəzifə təlimatı

Qısa məzmunu: Səriştəli və ixtisaslı işçi qüvvəsi yaratmaq tələbinə cavab vermək üçün Socar Polimerin kadr heyətinin peşəkar inkişafına və şirkətin bütün formal və iş üzrə təlimlərinin koordinasiyasına dəstək.

Bu vəzifə SOCAR Polimerin İR üzrə Menecerinə hesabat verir.

Öhdəliklər:

İşçilər və onların funksional rəhbərləri ilə müntəzəm qarşılıqlı əlaqə yaratmaqla istedadın inkişafı imkanlarını müəyyənləşdirmək
Səriştəlilik modellərindən istifadə, fərdi inkişaf planları, karyeranın inkişafı seminarları və təlim sessiyaları daxil olmaqla, peşəkar inkişafın izlənməsi sistemini tətbiq etmək
Socar Polimerin kadr tələblərinə uyğun olan karyeranın planlaşdırılması və peşəkar inkişaf proqramlarını hazırlamaq
Məlumatın səmərəli, vaxtında və düzgün toplanması texnikasından istifadə etməklə, işçilərin peşəkar inkişaflarının gedişatını təhlil etmək. Fəaliyyətin qiymətləndirilməsinə baxışı həyata keçirtmək üçün funksional rəhbərlərə kömək etmək
Beynəlxalq təcrübəyə uyğun karyera yolları və inkişaf profilləri yaratmaq məqsədilə seminarları asanlaşdırmaq
Peşəkar kadr heyəti üçün zəruri olan fərdi inkişaf üzrə qarşılıqlı əlaqələri həyata keçirtmək (məsləhət vermək, təlimləndirmək, idarə etmək, tövsiyyə vermək)
Peşəkar inkişaf proqramları və strategiyalarının səmərəli inkişafını təmin etmək üçün bütün dövri fəaliyyətləri nəzərdən keçirtmək
Bütün əlaqədar qeydlərin, təlimatların, şablonların və sənədlərin düzgün tərtib olunmasını, razılaşdırılmasını və saxlanmasını təmin etməklə, təlim proqramlarının həyata keçirilməsinə dəstək vermək
Tələb olunan təlimlərin təşkilində işçilərə zəruri kömək göstərmək (həm formal, həm də iş üzrə), keçirilən təlimləri qeydə almaq
Şirkətin rəhbərliyi tərəfindən tələb olunan digər əlaqədar vəzifələri icra etmək
Tələblər:

İR, Tədris sahələrində, Təlimin Təşkili, Psixologiya üzrə dərəcə
Ən az 5 il İR-nın peşəkar inkişafı sahəsində təcrübə olmaqla, İR-da ən az 10 il təcrübə
Peşəkar inkişaf sistemləri və proqramlarının yaradılmasında təsdiqlənmiş iş təcrübəsi
İngilis dilinə çox yaxşı yazılı və şifahi hakim olmaq
Aydın, məntiqi və anlaşılan şəkildə yazmaq qabiliyyətinə malik olmaq
Güclü ünsiyyət bacarıqları, problemin həllinə çox fəal yanaşma
Konstruktiv rəy vermək və almaq bacarığı

Vəzifənin təcili olması ilə əlaqədar olaraq, CV-lərin növbəti ayın sonuna kimi qəbulunu nəzərdə tutmuşuq, ona görə də bütün müraciətlər ən qısa zamanda təqdim olunmalıdır. Biz yalnız işin tələblərinə uyğun namizədlərə cavab verəcəyik.

Son müraciət tarixi- 24/09/2015-ci il

Əgər Siz öz bacarıq və təcrübənizin tələb olunan meyarlara uyğun olduğunu düşünürsünüzsə və bu vəzifə üçün nəzərə alınmağınızı istəyirsinizsə, CV-nizi [email protected] ünvanına göndərin

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı