RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: PR MENECER

1.9K

VƏZİFƏ: PR MENECER

Azərbaycanın yeni milli təhsil brendi “İstək” liseyi komandasını təkmilləşdirməyə davam edir. Komandamızın bir parçası olmaqla bilik və bacarıqlarınızı inkişaf etdirə, Azərbaycan təhsilinə öz təhfənizi verə bilərsiniz.

ƏSAS VƏZIFƏ VƏ ÖHDƏLIKLƏR:

Strateji fəaliyyət:
– PR strategiyası və büdcəsinin tərtib olunması, icrası və nəzarəti
– Kommunikativ məqsəd, hədəf və mesajların müəyyən olunması
– PR standartlarının tərtibi və ona nəzarət
– Liseyin strategiyasının müəyyən olunması və həyata keçirilməsində iştirak

Mətbuatla əlaqələr:
– Mətbuatla əlaqələrin qurulması, inkişaf etdirilməsi və ona nəzarət
– Press reliz, müsahibə və açıqlamaların hazırlanması və işıqlandırılması
– Mətbuatın izlənməsi aidiyyatı xəbərlərin ötürülməsi
– Lisey haqqında çıxan məlumatların monitorinqi və qimətləndirilməsi

Sosial şəbəkələr:
– Sosial şəbəkələrdəki hesabların idarə olunması, izlənməsi
– Sosial şəbəkələrə məlumatların yerləşdirilməsi, izləyicilərlə ünsiyyət qurulması, sualların cavablandırılması
– Sosial şəbəkələrdə yeni trendlərin araşdırılması və tətbiqi
– Müsabiqə və onlayn kampaniyaların təşkili

Web sayt:
– Admin panelinin idarə olunması
– Sayta məlumatların daxil edilməsi
– Sualların cavablandırılması

Dizayn və çap işləri:
– Dizayn və çap işlərində korporativ dizayn elementlərinin istifadəsinə nəzarət
– Dizayn və çap işlərinə dair təkliflər, ideyaların verilməsi
– Dizayn və çap işlərinin liseyin strategiyasına uyğunluğunun təmin edilməsi
– İllik hesabatların hazırlanması

TƏLƏB OLUNAN BILIK, BACARIQ VƏ XÜSUSİYYƏTLƏR:

  • Namizədin yaşı: 24-30 yaş
  • Gərgin iş şəraitində işləmə bacarığı
  • Strateji düşüncə
  • Kreativ təfəkkür
  • Dil bilikləri: Azərbaycan və ingilis dili
  • Rus dilini bilənlərə üstünlük verilir

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ:
– Ali təhsil
– İctimaiyyətlə əlaqələr/mətbuat katibi üzrə təcrübə
– 1-4 il iş təcrübəsi
– Layihələrin idarəolunması sahəsində təcrübə

ƏLAVƏ MƏLUMAT:

  • İş qrafiki: tam ştat
  • İş müddəti: daimi
  • Son müraciət tarixi:10.09.15

Müraciətlər [email protected] elektron ünvanına PR menecer başlığı ilə göndərilməlidir.

Məlumat üçün qeyd edək ki, “İstək” liseyi təhsil sahəsində fəaliyyət göstərən Azərbaycan brendidir və bütün ölkə ərazisində fəaliyyət göstərən ümumtəhsil müəsisəsidir. “İstək” liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №.-lü lisenziyası əsasında Bakı, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərir. “İstək” liseyi IB (International Baccalaureate/Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə namizəd məktəb, rəsmi olaraq nəticələri 175 ölkənin universitetlərində qəbul olunan SAT imtahanı mərkəzidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı