RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: PSİXOLOQ

2.1K

VAKANSİYA!

VƏZİFƏ: PSİXOLOQ

Azərbaycanın milli təhsil brendi “İstək” liseyi komandasını təkmilləşdirməyə davam edir. Komandamızın bir üzvü olmaqla siz Bakı, Ağdaş, Mingəçevir, Gəncə, Şirvan, Lənkəran, Quba şəhərlərindəki kampuslarımızda PSİXOLOQ kimi bilik və bacarıqlarınızı inkişaf etdirə, Azərbaycan təhsilinə öz töhfənizi verə bilərsiniz.

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

  • Hər bir yaş mərhələsində uşaqların hərtərəfli – şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılması;
  • Təlim prosesi zamanı və psixi inkişaf sahəsində uşaqlarda müxtəlif “problemlərin” müəyyən edilməsi və onlara lazımi psixo-pedaqoji köməklik göstərilməsi;

  • Uşaqların şəxsi keyfiyyətləri və intellektual inkişafındakı pozğunluqların profilaktikası üzrə işlərin aparılması;

  • Mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə işlərinin aparılması;

  • Mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə diaqnostik işlərin aparılması;

  • Rəhbərlik tərəfindən tələb edilən hesabatların vaxtında təqdim edilməsi;

  • Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyən, zəif oxuyan və istedadlı şagirlərlə fərdi işlərin aparılması;

  • Sistematik olaraq, prosedur qaydalara əməl etmək şərtilə şagirdlərlə konsultasiya işlərinin aparılması.

Tələblər:

  • Psixologiya, sosial psixologiya, təhsildə sosial-psixoloji iş ixtisaslarından biri üzrə ali təhsil;
  • Azərbaycan dili biliyi;(rus və ya ingilis dilin bilənlərə üstünlük verilir)
  • “Microsoft” ofis proqramlarından istifadə bacarığı;
  • SPSS proqramını bilməsi arzu olunandır;

Digər xüsusi tələblər:

  • Yaş həddi 45-dən çox olmayaraq;
  • Məsuliyyətli;
  • Kollektivdə işləmə bacarığı olan;
  • Bu sahədə də 2 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

ƏLAVƏ MƏLUMAT:

  • İş qrafiki: tam ştat
  • İş müddəti: daimi

Son müraciət tarixi: 20.10.15

Müraciətlər [email protected] elektron ünvanına Psixoloq başlığı ilə göndərilməlidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı