Vakansiya: Risklərin idarə edilməsi departamentinə “baş mütəxəssis” vəzifəsi

“Qarant Sığorta” şirkəti Risklərin idarə edilməsi departamentinə “baş mütəxəssis” vəzifəsinə işə qəbul elan edib. Dialoq.info-un şirkətə istinadən yaydığı məlumata görə, namizədlər ali tibb təhsilli olmalı, Azərbaycan və rus dillərini əla, ingilis dilini yaxşı bilməli, “MS Office” proqramlarında işləməyi bacarmalıdır. Tibb sahəsində, eləcə də sığorta sektorunda iş təcrübəsinin olması vacibdir.

Əsas vəzifə öhdəlikləri:
–  Anderraytinq şöbәsinin müdirinin başçılığı ilə sığorta məhsulları və proqramları (təminat qeydiyyatı prosesinin avtomatlaşdırılması) hazırlamaq;
–   Daxil olan sorğular üzrə təminatların və sığorta şərtlərinin müəyyənləşdirilməsini həyata eçirmək (tarifləri təyin etmək, sığorta şərtlərini müəyyən etmək, sığorta təklifi hazırlamaq);
–   Müvafiq sığorta növləri üzrə sənədlər bazasını hazırlamaq və daim təkmilləşdirmək;
– Sənəd dövriyyəsi prosesində iştirak etmək: kvotaları hazırlamaq, təyin olunmuş tarif dərəcəsinin, azadolma məbləği və sığorta şərtlərinin düzgünlüyünü qabaqcadan yoxladıqdan sonra sığorta şəhadətnamələrin buraxılışına nəzarət etmək və buna ehtiyac  olduqda, müvafiq düzəlişləri əlavə etmək.
– Təşkilatın daxili nizam-intizam qaydalarına qaydalarına riayət etmək;
– Şirkətdə qəbul olunmuş kommersiya sirrinin saxlanılması rejiminə əməl etmək;
– İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir. Digər şərtlər müsabiqəni keçmiş işçilərlə müzakirə olunacaq.

Maraqlananlar öz CV formalarını [email protected] elektron poçt  ünvanına göndərə bilərlər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir.