Vakansiya: Satıcı-konsultant

LC Waikiki şirkətinin 28 Mall ticarət mərkəzində yerləşən mağazasına satıcı-konsultant tələb olunur.
İş haqqında məlumat:
– Müştəri xidmətinin yüksək səviyyədə təmin edilməsi;
– Müştərilərə mal seçimində köməklik göstərilməsi;
– Satış salonunda səliqənin saxlanılması;

Əsas tələblər:
– 19-30 yaş aralığında olmalı;
– Geyim satışı sahəsində təcrübəsinin olması arzuolunandır;
– Ən azı orta məktəb və ya lisey məzunu olmalı;
– Azərbaycan dilini əla, Rus və ingilis dilini isə müştəri ilə ünsiyyət qura biləcək səviyyədə bilməsi arzuolunandır;
– Komputer proqramlarından xüsusilə Excel proqramını çox yaxşı bilməlidir;
– Xoş görkəmli, səliqəli olmalıdır.

İş saatları və iş qrafiki:
– günlük 7 saatlıq iş qrafiki
– həftədə 6 iş günü
– Əmək Qnunvericiliyinə uyğun rəsmiləşdirmə
– maaş və satışa uyğun əlavələr
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı (“Satıcı-konsultant”) qeyd olunmalıdır.