RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: Satış / Korporativ Satış üzrə Mütəxəssis

464

Vakansiya: Satış / Korporativ Satış üzrə Mütəxəssis
Şirkət: Nar Mobile

Əsas vəzifə və Öhdəliklər:

– Yeni müştərilərin axtarışı, onlarla münasibətlərin inkişafı və müqavilə imzalanması ilə biznesin və gəlirin artımı üçün cavabdeh olmaq;
– ƏSG göstəricilərinin uğurlu icrası vasitəsilə Korporativ Satış Hədəflərinə çatmaq üçün aylıq fərdi məqsədlərə nail olmaq;
– Potensial korporativ müştərilər və onlarla əlaqə vasitələrinin təyin olunması, onların cəlb olunması yolları ilə bağlı həftəlik planlar hazırlamaq;
– Nar-ın bütün məhsulları və xidmətləri haqqında ətraflı biliklərə əsaslanaraq səfərlər, zənglər və elektron məktublar yolu vasitəsilə mövcud müştərilərə satışın artırılması məqsədi ilə təkliflər vermək;
– CRM-in bütün məlumat bazasına nəzarət etmək;
– Ehtiyac olduğu hallarda müvafiq Xüsusi Müştərilər üzrə Mütəxəssisə yeni hesabları ötürmək və mövcud hesablarla əlaqədar köməklik göstərmək;
– Müqavilələrin tərtibatı, nömrələrin proqlamlaşdırılması və qeydiyyatı daxil olmaqla hər bir korporativ satış prosesini ilk mərhələsindən sona çatdırılmasına kimi idarə etmək;
– Korporativ satış fəaliyyətinin və hesablarına dair müntəzəm və xüsusi hesabatının hazırlanması;
– Digər şöbələrdə çalışan həmkarlara birbaşa şöbə və ümumilikdə şirkət ilə bağlı öhdəliklərin yerinə yetirilməsində mümkün köməkliyi göstərmək;
– Korporativ Satış üzrə Menecerin olmadığı hallarda məsul təyin olunması şərtilə bütün tapşırıqları öz üzərinə götürmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

– Bütövlük;
– Müştəri yönümlü;
– Komanda işi və əməkdaşlıq;
– Nəticə yönümlü;
– Davamlı təkmilləşmə;
– Mükəmməl ünsiyyət bacarığı;
– Gərgin iş şəraitində işləmə bacarığı;
– Mükəmməl Azərbaycan və Rus, orta səviyyədə İngilis dili biliyi.

Tələb olunan təhsil və iş təcrübəsi:

– Biznesin təşkili, Statistika, İqtisadiyyat və Menecment üzrə Ali təhsil;
– Satış sahəsində ən azı 3 il iş təcrübəsi;
– Korporativ satış sahəsində təcrübəyə üstünlük verilir.

Əlavə məlumat:

İş qrafiki: tam ştat
İş müddəti: daimi
Son müraciət tarixi: 21/09/2015

Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir.
Başlıqda Satış / Korporativ Satış üzrə Mütəxəssis qeyd olunmayan müraciətlər qəbul olunmayacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı