RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: Satış mütəxəssisi

502

Qala Həyat Sığorta şirkəti satış mütəxəssisi vakant yeri elan edir

Namizədə tələblər

– Təhsili: istənilən istiqamət üzrə bakalavr dərəcəsi;
– Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurma;
– İş təcrübəsi: Sığorta və ya bank məhsullarının satışı sahəsində
təcrübə (həyat sığortası və korporativ satışla
məşğul olan namizədlərə üstünlük verilir);
– Şəxsi keyfiyyətləri: təqdimat və inandırıcılıq qabiliyyəti.

Əsas vəzifə öhdəlikləri

– Müştərilər tapmaq və şirkətin məhsullarını onlara təklif etmək;
– Müştərinin tələblərini öyrənərək müştəri üçün müvafiq sığorta
məhsulunu təqdim etmək və satışını həyata keçirmək;
– Satışdan sonra müştəri ilə ünsiyyəti qoruyub saxlamaq və
şirkətin digər məhsullarını da təklif etmək;
– Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.

İş şəraiti və şərtləri

İş vaxtı 09:00-dan 18:00-dəkdir;
Həftədə 5 iş, 2 istirahət günü;

– Görüşlər üçün avtomobil və sürücü şirkət tərəfindən təmin edilir;
– Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir;
– Əmək haqqı namizədin peşəkar təcrübə, bilik və bacarıqları
əsasında təyin edilir;

Əmək haqqından əlavə tibbi sığorta, rüblük və illik nəticələrə əsasən mükafatlandırma tətbiq edilir.

Maraqlanan namizədlərdən xahiş olunur ki, məktubun mövzu (subject) yerinə “Satış mütəxəssisi” yazıb CV-lərini
[email protected] elektron poçt ünvanına göndərsinlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı