Satış təmsilçisi
Əsas öhdəlikləri :
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləyir;
-
Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərir;
-
Müştəri tələbatına uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazır;
-
Hər bir müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğlərini və müvafiq müştərilərlə əlaqəli işləri icra edir;
Tələb olunan göstəricilər və bacarıqlar
- Ali təhsil
Müştəri xidmətlər sahəsində minimum 1 il iş təcrübəsi, sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.
Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı, komanda ilə işləmək bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
Azərbaycan və rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
Son müraciət tarixi: 31 avqust 2015-ci il
Xahiş edirik vəzifəni “subject” sətirində qeyd edin və CV-nizi [email protected] elektron ünvanına göndərin.
