RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: Satışa dəstək qrupuna mütəxəssis

482

İşin təsviri:

Bu vəzifədə çalışan əməkdaş müxtəlif xidmət və ticarət sahələrində çalışan şirkətlərlə görüşlərin keçirilməsi, onların əməkdaşlığa cəlb olunmasını həyata keçirəcəkdir. Həmçinin müştərilərin müraciətlərinin filiallar üzərindən kordinasiya olunması satış mütəxəssisləri tərəfindən aparılacaqdır. Gündəlik həyata keçirəcəyi satışlar barədə hesabatlar hazırlayıb təqdim etmək bacarığına malik olmalıdır.

Vəzifə öhdəlikləri:

 Potensial şirkətlərlə görüşlər keçirmək onlarla əməkdaşlıq müqavilələri bağlamaq;
 Kart satışlarını həyata keçirmək və müştəriləri əməkdaşlığa cəlb etmək;
 POS terminal satışlarını həyata keçirmək və əməkdaşlığa cəlb etmək;
 Bonus və endirimlərlə bağlı razılıq əldə edərək əməkdaşlıq müqavilələri bağlamaq;
 Kampaniya və aksiyalarda iştirak etmək;
 Müxtəlif şirkətlərdə, keçirilən aksiya və kampaniyalarda Bankı təmsil etmək;

Namizədə qarşı tələblər:

 Ali təhsilli olmalı;
 Azərbaycan və Rus dillərində səlis danışıq qabiliyyətinə malik olmalı (İngilis dili bilənlərə üstünlük verilir);
 MS Office proqramları ilə işləmə bacarığına malik olmalı;
 Satış sahəsində ən azı 1 illik iş təcrübəsi olmalı;
 Danışıqlar aparma və münasibət qurmaq bacarığına malik olmalı;
 İkna etmə bacarığına malik olmalı.

Müraciət etdiyiniz vəzifənin adını email-in-  [email protected]  mövzu hissəsində “Satışa dəstək qrupuna mütəxəssis” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı