RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: təcrübəsiz kadr

822

Ətrafa baxsaq, iş axtaran gənclərin elə böyük əksəriyyəti təcrübə olmadığından işə qəbul olunmadığını deyir. Bu məsələdə qurumların təcrübəsiz insanlara göstərdiyi ögey münasibəti unutmaq olmaz. Son zamanlar bu tendensiya müəyyən qədər azalsa da, ümumən, problem həllini tapırmı? Deməzdim..

Şəxsən qarşılaşdığım məsələni qeyd etmək istərdim. Zaman-zaman müxtəlif işlər üzrə ya tanışlarımın harasa müraciəti olsun, ya da bizə (IB Club-Gənclərin İnkişaf Mərkəzi) olan təkliflər olsun, mövcud mənzərədə acı bir həqiqət gördüm. Təcrübə qazanma yaşını keçdiyini düşünən gənclərdə bir ümidsizlik görürük.

Ötən günlərdə mərkəzimizə bir vakansiya üzrə CV-ləri qəbul edirdik, bu dəfə tələbəyə deyil, tam gün işləmə bacarıqlı gəncə ehtiyacımız vardı. Vakansiyaya 12 gün ərzində 417 CV qəbul olundu. Təəssüflə ilk onu qeyd edim ki, təxminən 70-80% insan təcrübəsiz, universiteti son 2 ildə bitirmiş gənclər idi. Təcrübəsizlik meyarına fikir  vermədən 114 gənci müsahibəyə çağırdıq. Gələn insanlara təcrübə sualı veriləndə çoxu bu faktı ya əsəblə vurğulayır, ya da ümidsizliyi ilə seçilirdi. Əsəbi insan da sanki gözü ilə adamı yeyir ki, “nədi?  keçən il universiteti bitirmişəm, məndən təcrübə gözləyirsiz?”.. ya da bir qisim insan ümidsizliyini açıq aydın bildirir. Hətta bu qrup insanlar o qədər hara gəldi CV göndərir ki, gəlir və soruşur ki, “ hansı vakansiya üzrə məni çağırmısız?”..  ya da təcrübə ilə bağlı sual verəndə təcrübəsizliyi ilə barışıb təslim olur.

Yaxşı, bəs necə eliyək? Bu təcrübəsiz insanlar gedib təzədən ali məktəbə daxil olub tələbəmi olmalıdır? Bu insanları day-dayları ilə baş-başa buraxıb öz meyarlarımıza qaçmalıyıqmı? Qətiyyən.. Əslində, təcrübəsiz gənci kollektivə cəlb etmək bizim üçün bir üstünlükdür. Necə? Və niyə?

  • Baxın, gənc heç işləməyibsə, o deməkdir ki, bu onun üçün ilklərlə yadda qalacaq. İlklər sevimli və dəyərli olur. Şirkətə bağlılığı təmin edəcək.
  • Bacarıqları yoxdur düşünürsüz? O, məsuliyyətli, işə diqqətcil və araşdırma qabiliyyətinin yüksək olduğunu iddia edir. Üstəlik aşağıdakıları da vurğulayırsa bu adam ən azı vəziyyəti düzgün araşdıra bilib təqdim edir..
  • Təcrübəsizliyinə baxmayaraq biz öyrətdiyimizə görə daha çox şirkətə bağlanır. Çünki “ilk müəllim” oluruq.. İnkişaf varsa bu işdə və onu işdən çıxarmadığımız halda qoyub getmək ehtimalı azalır.
  • İlk işi olacağından iş həvəsi gələcəklə müqayisədə ən pik dövrünü keçirir. Bundan faydalanmaq olar, fikrimcə..
  • Bizim sektorda ilk dəfə olduğundan işimizə kənardan baxıb, səhvlərimizi analiz edib. Kənardan baxdığı üçün təcrübəsiz dövrdə belə bizə bizdən də faydalı ola bilər. Niyə? Çünki işin içində o qədər oluruq ki, prosesə kənardan qiymət vermək çətinləşir.
  • Maaş o qədər də əhəmiyyət daşımır. Yetər ki, onu öyrədib, vaxt ayırıb, dəyər verib, faydalı olaq, qarşılığı gələcək.
  • Kollektivdə ilk dəfə işlədiyinə görə, kimsə ona nəsə öyrətsə ona bağlanacaq, şirkətə dəyər verəcək.Təbii ki, güvənilir kollektivimiz olduğundan, o da bu güvəni doğruldacaq.

Yuxarıdakı səbəblərdən bizə illərini, enerjisini və öyrənmə gücünü verməyə hazır gəncləri aramızda yer olmalıdır.

Yazılanlar sadəcə iş müddətində qarşıma çıxan səhvlər əsasında Sizə təqdim olundu. Ən əsası, bir işə müraciət edirsizsə, işi araşdırın, öz gücünüzü dəyərləndirib güclüləri vurğulayın, zəiflərinizi imkanlara çevirin və işləməkdən qorxmayın.

P.s. Bu blogu oxuyan əziz gənc, təcrübə qazanmaq probleminiz varsa, bunun yollarını və daha faydalı işlər axtarırsınızsa, bir az səbr edib növbəti blog yazımı gözləyə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı