RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vakansiya: Təlimçi

782

British Council Azərbaycan tərcüməyi halın yazılması və müsahibə bacarıqlarının inkişafı sahəsində IDEAS (Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar) layıhəsinin pilot mərhələsi çərçivəsində Bakıda oktyabr 2015-ci ildə bir qrup əlilliyi olan insanlar üçün keçiriləcək yarım günlük təlim üçün təcrübəli təlimçi axtarır. Layihə haqqında daha ətraflı məlumatı veb səhifədən əldə edə bilərsiniz.

Tələb olunan təcrübə:

İxtisas və bacarıqlar:

Güclü analitik bacarıqları və müzakirələrə həvəsləndirmək, eləcə də mürəkkəb məsələlərin anlaşılmasına kömək etmək üçün məlumatın aydın, sadə və neytral şəkildə çatdırmaq bacarığı
Insan resurslarının idarə edilməsi mövzusunda təlim kurslarının, seminarların aparılmasında lazımi təcrübə
Komandada əla işləmə bacarıqları və müxtəlif təhsil və təcrübəyə malik insanlarla ünsiyyət qabiliyyəti
British Council-ın mədəniyyətlər arası əlaqələrinin inkişafı sahəsindəki işini, baxışını,  məqsəd və dəyərlərini anlamaq
British Council Azərbaycan təlimin həyata keçirilməsinə dəstək olacaq.

NECƏ MÜRACİƏT ETMƏLİ

Namizədlər tərcümeyi-hal (CV) və müvafiq təcrübə haqqında bir paraqraf,  eləcə də gözlədiyiniz məvacib barədə məlumatı, 30 sentyabr 2015-ci il tarixinədək [email protected]ünvanına göndərməlidirlər. Hər hansı sualınız olduğu təqdirdə British Council Azərbaycanın layihə koordinatoru Səbinə Quliyeva ilə əlaqə saxlamanız xahiş olunur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı