Vakansiya: “Tibbi Sığorta Şöbəsinin Mütəxəssisi” vəzifəsi

“AXA MBASK” sığorta şirkəti gecə növbəsinə “Tibbi Sığorta Şöbəsinin Mütəxəssisi” vəzifəsinə işə qəbul elan edib. Namizədlər 25-40 yaşında, ali tibb təhsilli olmalı, Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini isə orta danışıq səviyyəsində bilməli, MS Windows əməliyyat sistemində, MS Office (xüsusilə “Excel”) proqramlarında işləməyi bacarmalıdır.

Əsas vəzifə öhdəlikləri:
– Müştərilər tərəfindən olan müraciətlərə cavab vermək;
– Müştərinin arzusu ilə həkimin müayinəsinə vaxt təyin ounlması və başqa tibbi xidmətlərdən keçmək məqsədi ilə klinikaya təyinat;
– Xidmətin keyfiyyət səviyəsini öyrənmək məqsədi ilə müştəri ilə təkrar əlaqənin saxlanılması;
– Məlumat Bazasına müraciət barəsində məlumatın daxil edilməsi;
– Klinikalardan aylıq reyestrların alınması;
– Zərərlər haqqında məlumatların Məlumat Bazasına əlavə edilməsi;
– Xidmətlərin səviyəsinin və müştərilərin məmnuniyyətinin  yoxlanılması məqsədi ilə sorğuların keçirilməsi;

Dialoq.info xəbər verir ki, maraqlananlar öz şəkilli CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu bölməsində “Tibbi Sığorta Şöbəsinin Mütəxəssisi” yazılmalıdır.