RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Valideyn sevgisinin çoxluğu və ya azlığı: hansı daha zərərlidir?” mövzusunda dəyirmi masa

433

Əziz və Dəyərli Dostlar! Sizləri 5 Sentyabr,13:00-da Demokratik Azərbaycan Dünyası Partiyasının Gənclər Təşkilatının təşəbbüsü ilə keçiriləcək “Valideyn sevgisinin çoxluğu və ya azlığı: hansı daha zərərlidir?”adlı Dəyirmi Masaya dəvət edirik.

-Son vaxtlar bəzi gənclərimiz ifrat azadlığa can atır və hesab edirlərki,Azərbaycan ailələrində ifrat valideyn sevgisi uşaqların inkişafına zərbə vurur.
Bəs siz necə düşünürsünüz?

-Valideyn sevgisinin azlığı hansı fəsalara gətirib çıxarır?

-Bəzi gənclərimiz Qərb ölkələrindəki valideyn-övlad münasibətlərinin
tərəfdarıdırlar,digər gənclər isə Islami ailə modelinə üstünlük verirlər.
Olmazmıki, elə Azəribaycan modeli olsun?
Və Azərbaycan modeli olmalıdırsa,necə olmalıdır?

Moderator haqqında:
Seymur Abbas İxtisası Kulturologiya (Mədəniyyət və incəsənət tarixi və nəzəriyyəsi) Hərbi xidmətdən sonra qəzet və saytlarda redaktor və baş redaktor işləyib. Bir neçə QHT-də və siyasi partiyalarda şöbə müdiri, həmsədr, sədr muavini vəzifəsində çalışıb. Mətbuatda elmi məqalələri, araşdırma və analitik yazıları, müsahibələri, tədbirlərdəki çıxışları yayımlanır.

Ünvan:
28 may,5 (28 may küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsindəki bina” Wagon” geyim mağazasının üstündə,3-cü mərtəbə,balkonda Azərbaycan bayrağı var.Binanın həyətində arka var.Arkanın girişində “Demokratik Azərbaycan Dünyası Partiyası”lövhəsi vurulub.Arkadan keçib sağ tərəfdən 1-ci blokun 3-cü mərtəbəsinə qalxırsınız)

Qeydiyyat üçün :
498-05-87
070-524-21-22

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı