RESPONSIVE LEADERBOARD AD AREA
MƏDƏNİYYƏT 2019.11.07 16:20

“Vaqif” operası yeni quruluşda təqdim olunub

57

Ötən gün noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı “Vaqif” operasının nümayişi olunub. 

Musavat.com bildirib ki, tamaşada Vaqif obrazını teatrının solisti, əməkdar artist Ramil Qasımov ifa edib. Həmçinin tamaşada Xalq artistləri Əli Əsgərov (Vəzir), Əkrəm Poladov (Vidadi), Əməkdar artistlər Fəridə Məmmədova (Xuraman), Fərid Əliyev (Qacar), Cahangir Qurbanov (Eldar), Tural Ağasıyev (Əlibəy), beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev (İbrahim xan) və başqaları çıxış edib. Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli mükafatının laureatı Əyyub Quliyev idarə edib. 

Səhnə əsərinin quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu dirijoru Cavanşir Cəfərovdur. Opera Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub. 

Obrazı ilə bağlı müsavat.com-a danışan Ramil Qasımov Vaqif obrazının onun üçün çox önəmli olduğunu bildirib: “Bu obrazı ifa etmək mənim üçün şərəfdir. Bacardığım qədər Ramiz Mustafayev sənətini sevənlərin, eyni zamanda, klassik musiqiyə dəyər verən tamaşaçıların etimadını doğrultmağa çalışdım”.

Xatırladaq ki, Səməd Vurğunun eyni adlı pyesinin motivləri əsasında qələmə alınan opera böyük şair Molla Pənah Vaqifin faciəli həyatından və mübarizəsindən bəhs edir. Opera bu günə qədər dəfələrlə müxtəlif quruluşlarda teatrın səhnəsində nümayiş olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı