Vasif Talıbov görkəmli bəstəkar Tofiq Bakıxanovla görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq artisti, professor, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Tofiq Bakıxanov ilə görüşüb.
Ali Məclisin sədri qonağı salamlayaraq, Tofiq Bakıxanovun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb. Bəstəkarın əsərlərinin yüksək qiymətə layiq olduğunu bildirən Vasif Talıbov ona yeni yaradıcılıq uğurları arzulayıb.
Xalq artisti Tofiq Bakıxanov muxtar respublikada musiqi sənətinin inkişafı və gənc musiqiçi kadrların hazırlanması sahəsində həyata keçirilən tədbirlərin onda böyük məmnunluq doğurduğunu vurğulayıb. Naxçıvan Muxtar Respublikasında yaradıcılığına yüksək qiymət verildiyini bildirən Tofiq Bakıxanov göstərilən diqqətə görə minnətdarlıq edib.

Report

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here