Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbində AXC-nin 100 illiyi qeyd olunub

ABŞ-ın Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyini qeyd ediblər.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Azərbaycanın bu təntənəli bayram tədbirini qeyd etmək üçün məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar iştirak ediblər.

Çıxış edən şagirdlər tədbir iştirakçılarını salamladıqdan və təbrikləri çatdırdıqdan sonra səhnəciklə davam ediblər. Şagirdlər səhnəcikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş “Əli və Nino” filmində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bağlı olan səhnəni ifa ediblər.

Bu zaman məktəbin şagirdləri AXC-yə məxsus əsas dəyər və vətəndaşlara verilən hüquqlar haqqında məlumat veriblər. Daha sonra uşaqlar Azərbaycan himni ifa ediblər. Tədbirdə hər bir şagirdin iştirakı ilə milli ruhda Azərbaycan haqqında şerlər söylənilib və milli rəqslər nümayiş etdirilib.

Qızlardan ibarət qrup “Nəlbəki” rəqsini ifa edib. Tədbirdə Azərbaycana və vətənpərvərliyə aid yüksək səviyyədə çıxış edən şagirdlər alqışlanıb. Sonda şagirdlərin təbriki ilə bağlı video rolik göstərilib.

Qeyd edək ki, Azərbaycan məktəbi il boyu Vaşinqton və ətraf şəhərlərdə yaşayan Azərbaycanlı uşaqları cəlb etməklə milli dəyərləri aşılayır, Azərbaycan haqqında dərslər keçirilir və müxtəlif tədbirlər təşkil edir.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here