“Vaxtı necə idarə etməli?” təlimi

Azərbaycan Respublikasının Prezdenti yanında Bilik Fondunun “Fikir Şənbəsi” klubu “Vaxtı necə idarə etməli?” təlimini təqdim edir

Zaman, ən az olan sərvətdir. Əgər o düzgün idarə edilmirsə, heç bir şey idarə edilmir.
Peter Drukker

İstənilən bir iş sahəsində vaxt əksər hallarda həlledici faktor rolunu oynayır: uğur birbaşa olaraq bizim nəyisə vaxtında etməyi çatdırıb –çatdırmamğımızdan asılı ola bilər. Uğur qazanmaq və işi zamanında görmək arasında əlaqə olduqca böyükdür.

Bəs uğurun ani təşkiledici elementi olan vaxtı idarə etmək mümkündürmü? Elə etmək olar ki, hər bir şeyi çatdırasan, həm də eyni zamanda gündəlik iş və qayğıların xaosunda itib-batmayasan? Bu baxımdan vaxtdan məntiqi şəkildə istifadə etməyi öyrənmək üçün bu interaktiv təlimdə iştirak etməyiniz məsləhətdir.

Təlimin məqsədi :

Zamanın idarə olunması təlimi, zaman anlayışına və həyatın özünə yeni bir dünyagörüşü qazanmanıza kömək edəcəkdir. İnsanlar, “zamanın idarə olunması”nı, yalnız zamanın axışınına nəzarət kimi anlayırlar. Ancaq zamanın idarə olunması, əslində həyatın planlanmasıyla birbaşa əlaqədardır. Məhsuldarlığın artırılması, zamanın daha səmərəli istifadə edilməsinə bağlıdır. Zamanın effektiv idarə edilməsi və planlamasının əsaslarını öyrənməklə həyata daha real baxacaqsınız.
Tofiq Sadixov

Telimçi haqqında :

2007-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr təhsilini alıb. 2008-2009-cu illərdə Vətəndaş Cəmiyyətində Debat İB-nin Respublika Məktəbli Debatları proqramının koordinatoru, 2009-2010-cu illərdə Respublika Tələbə Debatları proqramının koordinatoru olub. 2008-2010-cu illərdə “Sağlam Düşüncə” Gənclər təşkilatının idarə heyəti üzvü, 2010-2012-ci illərdə həmin təşkilatın sədri olub.
FİFA U17 Qadınlararası Futbol üzrə dünya çempionatında Komandalara Xidmət Departamentinin Mütəxəssisi olaraq çalışıb. 2013-cü ildə “Gənc Xəzər Mühəndisləri” İB-nin layihələr direktoru olub. AEGEE-Bakı – Avropa Tələbələr Forumu Bakı İB-nin Fəxri üzvü və məzunudur. 2008-ci iləd müxtəlif layihə və tədbirlərdə könüllü, assitant, komanda rəhbəri, mütəxəssis, təlimçi və təşkilatçı kimi çalışıb. Gürcüstan, Rusiya, Ukrayna, Makedoniya, Türkiyə, Ruminıya, İngiltərə, Fransa və digər ölkələrdə müxtəlif seminar, konfrans və təlimlərdə iştirak edib. 2010-cu ildən sərbəst peşəkar təlimçi və ekspert kimi fəaliyyət göstərir. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Baş məsləhətçi vəzifəsində çalışır.

TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR VƏ QEYDİYYATSIZDIR
Təim 14 mart 11:00 da Azərbaycan Respublikası Prezdenti yanında Bilik Fondunun ofisində keçiriləcəkdir

Ünvan: Azərbaycan, Bakı şəhəri, Nərimanov rayonu, Ağasadıq Gəraybəyli küçəsi 7.
Əlaqə: 055 497 41 69
055 332 44 99

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here