RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Vergi orqanlarına işə qəbul olmaq istəyənlər üçün imtahan keçiriləcək

68

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə aprelin 15-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında» əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Mərkəzdən verilən məlumata görə, namizədlər 14 aprel saat 18:00-dək “imtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibati binasından götürməlidirlər.

İmtahan saat 11:00-da başlayır və Bakı Dövlət Universitetində – 3 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 1324 namizəd qeydiyyatdan keçib. Prosesin idarə edilməsi üçün 123 nəzarətçi-müəllim, 13 imtahan rəhbəri ayrılıb.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 10 sual informatika üzrə, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq altbölməsində yerləşdirilib.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı