“Vətənim Azərbaycan” adlı vətənpərvərlik mövzusunda şeir qiraəti müsabiqəsi

26 ildir ki, müstəqilliyini qazanmış Azərbaycan Respublikasının torpaqlarının işğal altında olmasını, qloballaşmanın sürətlə getdiyi bir zamanda milli-mənəvi dəyərlərimizin məhv olma təhlükəsini və s. məqamları nəzərə alaraq daim gənc nəslə vətənpərvərlik ruhu aşılmağa böyük ehtiyac olduğu təsdiqlənir. Dövlət qurumlarının, QHT-lərin, medianın və s. bu istiqamətdə apardığı təbliğat bu gün üçün qənaətbəxşdir. Amma bu istiqamətdə nə qədər çox iş görülsə yenə də azdır. Bu səbəbdən Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşdırılmış şəkildə, “Müasir İnkişaf” İctimai Birliyinin və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, AMEA Mərkəzi Elmi Kitabxanasının və Azərbaycanda Atatürk Mərkəzinin təşkilati, www.dialoq.info saytının və Dialoq TV-nin informasiya dəstəyi ilə vətənpərvərlik ruhunda yazılmış şeirlərin qiraətlə deyilməsi mövzusunda Bakı şəhərindəki orta məktəb şagirdləri arasında müsabiqə təşkil edildi.

2017-2018-ci il üçün təşkil olunan, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunaraq “Səndən qeyri biz hamımız ölə billik” şüarı altında keçirilən MÜSABİQƏ haqqında daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:

AXC-nin 100 illiyinə həsr olunmuş şeir qiraəti müsabiqəsinin final tədbiri keçirilib

 

Müsabiqənin əhatə dairəsi: 2017-2018-ci illər üzrə ilk müsabiqə əsasən Bakı şəhərindəki orta məktəbləri əhatə etdi. Bakı şəhərindəki 100 orta məktəbdən yüzlərlə şagird (yaşından asılı olmayaraq) bu müsabiqədə iştirak etdi.

Müsabiqənin mərhələləri: Müsabiqə üç mərhələdən ibarət idi.

  • Birinci mərhələ 10 iyul 2017-ci il – 1 aprel 2018-ci il tarixinə qədər olan dövrü əhatə edirdi. Bu müddət ərzində şagirdlər mövzuya uyğun seçilmiş şeirlərdən birini bədii qiraətlə söyləyib, onu videolentə alıb Təşkilat Komitəsinə təqdim etdilər.
  • İkinci mərhələ 2 aprel 2018-ci il – 14 may 2018-ci il tarixinə qədər olan dövrü əhatə edirdi. Bu müddətdə Təşkilat Komitəsinə təqdim olunmuş videolar Münsiflər Heyəti tərəfindən qiymətləndirildi.
  • Üçüncü mərhələ 15 may 2018-ci il – 20 may 2018-ci il tarixlərini əhatə edirdi. Bu mərhələdə Münsiflər Heyətinin elan etdiyi qaliblərin və digər iştirakçıların mükafatlandırılması oldu.

Mükafarlar: Təşkilat Komitəsinin qərarına görə müvafiq olaraq diplomlar, 1-ci yerin qalibinə noutbuk, 2-ci yerin qalibinə planşet, 3-cü yerin qalibinə fotokamera hədiyyə olundu. Eyni zamanda finala qatılmış 16 nəfər iştirakçının qalan 13 nəfəri Təşəkkürnamə və kitabla mükafatlandırıldılar.

Texniki qaydalar və tələblər:

  1. Müsabiqədə şagirdlər yalnız 1 şeirlə iştirak edirdilər.
  2. Müsabiqədə iştirak üçün çəkilmiş videonu youtube.com saytında yerləşdirildi və həmin videoya keçid ünvanı (hiper linki) aşağıda təqdim olunan email ünvanına göndərildi.
  3. İştirakçılar videoya keçidi iştirak üçün tələb edilən məlumatları (ad, soyad, ata adı, təvəllüd, oxuduğu məktəbin nömrəsi, özünün və valideyinin əlaqə telefonu) əlavə etməklə müsabiqənin elektron poçt ünvanına göndərdilər.

İştirakçılar üçün tövsiyələr:

  1. Seçilmiş şeri çox səlis şəkildə əzbərləmək və video çəkiliş üçün dəfələrlə məşq etmək lazımdır.
  2. Video çəkiliş zamanı arxa fonun düzgün seçilməsi, daha dəqiq çəkiliş aparan kamera və ya mobil telefondan istifadə edilməlidir.
  3. Tövsiyə olunur ki, bir neçə çəkiliş edib sonda ən uğurlu olan müsabiqəyə təqdim edilsin.
  4. Çəkilmiş videonun youtube.com portalında necə yükləndiyini bilmək üçün isə https://www.youtube.com/watch?v=oiBI9vYTXag və ya https://www.youtube.com/watch?v=bdDFOVLhnx8 linklərini izləmək tövsiyyə olunur.

Əlaqə:

(012) 555-55-91

(050) 223-49-13

(070) 736-11-44

(055) 718-66-19

Watsapp: (055) 555-31-00

[email protected]

www.dialoq.info

 

Təşkilat Komitəsinin tövsiyə etdiyi şeirlərin siyahısı:
1. Əhməd Cavad – “Can, can, can Azərbaycan”
2. Əhməd Cavad –“Susmaram”
3. Əhməd Cavad – “Çırpınırdı Qara dəniz”
4. Almas İldırım – “Azərbaycan, mənim taxtım, tacım oy” (Əsir Azərbaycan)
5. Mikayıl Muşfiq – “Ana dedim”
6. Cəfər Cabbarlı – “Ana”
7. Cəfər Cabbarlı – “Azərbaycan bayrağına”
8. Abbas Səhhət – “Vətənim”
9. Əli Kərim –“Qaytar ana borcunu”
10. Məmməd Araz –“Ayağa dur Azərbaycan”
11. Məmməd Araz – “Azərbaycan – dünyam mənim”
12. Məmməd Araz – “Ana torpaq”
13. Bəxtiyar Vahabzadə – “Bayraq”
14. Bəxtiyar Vahabzadə – “Ana Dili”
15. Bəxtiyar Vahabzadə – “Biz Vətən üçün doğuluruq”
16. Səməd Vurğun –“Şuşa”
17. Səməd Vurğun –“Azərbaycan”
18. Məhəmmədhüseyn Şəhriyar – “Azərbaycan”
19. Xəlil Rza Ulutürk – “Ana dilim”
20. Xəlil Rza Ulutürk – “Azərbaycan Türkcəsi”
21. Xəlil Rza Ulutürk – “Dədə Heydər – Atatürk”
22. Nəriman Həsənzadə- “Azərbaycan”
23. Nüsrət Kəsəmənli –“Ağlaya bilmirəm,Ana”
24. Zəlimxan Yaqub –“Layla, Xocalım, layla”
25. Zəlimxan Yaqub – “Dur ayağa, məmləkətim!”
26. Məmməd Aslan – “Ağla qərənfil, ağla”
27. Ramiz Qusarçaylı – Azərbaycan bayrağı
Qeyd: Təşkilat Komitəsi tərəfindən tərtib edilən bu siyahı Azərbaycandakı bütün vətənpərvər ruhlu şeirləri əhatə etməyə bilər. Gedişatda siyahıdakı şeirlər arta bilər. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here