“Vətənim Azərbaycan” şeir qiraəti müsabiqəsinin I mərhələsi başa çatdı

AMEA Mərkəzi Elmi Kitabxanasının, Azərbaycanda Atatürk Mərkəzinin təşkilati dəstəyi, “Müasir İnkişaf” İctimai Birliyinin, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin razılığı ilə Bakı şəhərindəki orta məktəb şagirdləri arasında keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş vətən mövzusunda yazılmış şeirlərin qiraət müsabiqəsinin I mərhələsi başa çatıb. 10 iyul 2017-ci il – 1 aprel 2018-ci il tarixi əhatə edən I mərhələdə şagirdlər təşkilat komitəsi tərəfindən mövzuya uyğun seçilmiş şeirlərdən birini bədii qiraətlə söyləyib, video çəkilişini müsabiqəyə təqdim ediblər. Təşkilat komitəsindən verilən məlumata görə müsabiqəyə Bakı şəhərindəki 100 məktəbdən 252 müraciət daxil olub. Təqdim olunmuş video-fayllara hazırda Millət vəkili, akademik Nizami Cəfərovun sədrlik etdiyi münsiflər heyəti tərəfindən baxış keçirilir. Müsabiqənin ikinci mərhələsi 14 may 2018-ci il tarixində bitəcək. Münsiflərin qiymətləndirməsində uğur qazanan iyirmi şagird 15-20 may 2018-ci il tarixlərdə baş tutacaq və iştirakçıların canlı şəkildə qatılmasıyla reallaşdırılacaq III mərhələyə dəvət olunacaqlar. Şagirdlərin canlı ifası münsiflər tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqlar. Təşkilat Komitəsinin qərarına əsasən 1-ci yerin qalibinə videokamera, 2-ci yerin qalibinə planşet, 3-cü yerin qalibinə fotokamera hədiyyə olunacaq. Eyni zamanda ilk 10 yerin qalibinə Fəxri fərman, kitab və digər həvəsləndirici hədiyyələr də təqdim ediləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here