VIP şöbəsinə əməliyyatçı-xəzinədar vəzifəsinə işçi axtarılır

“DəmirBank” VIP şöbəsinə əməliyyatçı-xəzinədar vəzifəsinə işə qəbul elan edib.Dialoq.info-un banka istinadən yaydığı məlumata görə, namizədlər ali iqtisadi və yaxud riyazi təhsilli olmalı, Azərbaycan və rus dillərini mükəmməl bilməlidir. Digər xarici dilləri bilmək arzuolunandır. Bu sahədə azı 1 il iş təcrübəsinin olması vacibdir.

Əsas vəzifə öhdəlikləri:
– Fiziki şəxs olan VIP müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
– Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
– Əmanət kitabçasında yazılışları aparmaq;
– Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün VIP müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
– VIP müştərilərə məlumat və məsləhət vermək, onlara bank məhsul və xidmətlərini reklam etmək;
– Müəyyən olunmuş limit çərçivəsində kassa məxaric sənədlərini imzalamaq, məxaricə icazə vermək;
– VIP müştəri hesabında olan vəsaiti konvertasiya etmək, müştəri tərəfindən tərtib olunan  sərəncamların, inkasso tapşırıqlarının qəbulu, onların uçotu, balansdankənar hesablarda uçota alınması və vaxtında icrasını həyata keçirmək;
– VIP müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
– Kredit və əmanət əməliyyatlarının tam sənədləşməsini həyata keçirmək;
Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət etmək.
Maraqlananlar öz CV-lərini oktyabrın 13-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktunun mövzu hissəsində “əməliyyatçı-xəzinədar” yazılmalıdır.