“Virtual Bələdçi”yə start verildi

“Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Bələdçi” layihəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində dövlət qrumlarının, turizim şirkətlərinin və gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər.
İlk növbədə qonaqları salamlayan “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin QuliyevAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan layihənin məqsədi ilə bağlı iştirakçıları məlumatlandırıb. O, layihənin icrasının başlıca məqsədinin layihə iştirakçılarının turizmə olan maraqlarının artırmaq, xüsusilə ölkəmizin turizim imkanlarının dünya ölkələrinə tanırdırılması üçün müasir texnikadan düzgün istifadə edərək gəncləri bu işə istiqamətləndirmək, ingilis dili daxil olmaqla, digər dillərdə çalışa bilən bələdçi-tərcüməçilərin hazırlanmaq və bu işin təşkilinə təcrübəli  bələdçiləri cəlb etməkdən ibarət olduğunu qeyd edib.
Sonra Azərbaycan Turizim və Menecment Universiteti Təlim Mərkəzinin müdiri Lətif Kəngərlinski çıxış edərək bu istiqamətdə keçirilən layihələrin önəmli olduğunu və daim maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib.
Layihənin ilk təliminə start verilib. Təlimlər beynəlxalq təlimçi Səkinə Əsgərova tərəfindən aparılır.
Ümumilikdə layihə çərçivəsində layihəyə cəlb olunacaq təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 60 gənc iştirakçıya 4 dərs proqramına uyğun olaraq “Daxili turizm”, “Beynəlxalq turizm”, Еkоturizm, “Gəlmə (qəbul еtmə) turizmi”, “Yaşıl turizm üzrə bələdçi”, “Dağ turizm marşrutları üzrə bələdçi” və “Ekskursiya bələdçisi” kimi mövzularda təlimlər, seminarlar, praktiki məşğələlər təşkil olunur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here