Vladimir Etuş doğum gününü Vaxtanqov teatrında qeyd edəcək

SSRİ Xalq Artisti Vladimir Etuş mayın 6-da doğum gününü Y.Vaxtanqov adına Teatrda “Benefis” tamaşası ilə qeyd edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Vladimir Etuş əhval-ruhiyyəsinin yaxşı olduğunu və səhnəyə çıxmağa hazırlaşdığını bildirib. Qeyd edib ki, ABŞ-dan qızı və nəvəsi onu təbrik etməyə gəliblər. “Bu gün mən pasport üzrə 95 yaşımı qeyd edəcəyəm, əslində isə 96 yaşım tamam olur”, – deyə Vladimir Etuş əlavə edib. Onun sözlərinə görə, anası övladının hərbi xidmətə gec getməsi üçün doğum tarixini 1922-dən 1923-cü ilə keçirib.

Aktyor kino fəaliyyətinə 1953-cü ildə Mixail Rommun “Admiral Uşakov” tarixi filmində çəkilməklə başlayıb. Geniş tamaşaçı kütləsi onu daha çox “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir” kinokomediyalarından tanıyır. Ümumilikdə 100-dən çox rolda iştirak edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here