Volqoqrad tələbələri rus dili və mədəniyyətinin təbliği proqramı çərçivəsində Bakıda olublar

Volqoqrad Dövlət Universitetinin bir qrup tələbə və müəllimi rus dili və mədəniyyətinin təbliği ilə bağlı “VolQU ryadom” proqramı çərçivəsində Bakıda olub.

Bir həftə ərzində tələbələr Bakının Qaradağ rayonundakı 5 məktəbə və internata baş çəkib, rus mədəniyyətinə və tarixinə həsr edilən təqdimatlar, ustad dərsləri, intellektual oyunlar keçiriblər. Ümumilikdə, tədbirlərə 200-dən çox məktəbli cəlb edilib. Proqramın reallaşdırılmasına Qaradağ Rayon İcra Hakimiyyəti dəstək göstərib. Qonaqlar üçün Bakıda ekskursiya təşkil edilib. Onlar gördükləri yerlərə, eləcə də Qobustana valeh olublar.

Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən yekun tədbirdə Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin iştirak edib.

“VolQU ryadom” proqramı çərçivəsində Azərbaycana səfər Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Volqoqrad bölməsinin sədri Dünya Əhədovanın təşəbbüsü ilə təşkil edilib.

Volqoqraddan gəlmiş qonaqlar Qaradağ Rayon İcra Hakimiyyətinə təşəkkürlərini bildiriblər. Bakı şəhərinin Qaradağ rayonunun məktəbliləri volqoqradlıları yüksək qonaqpərvərliklə qəbul ediblər. Azərbaycanlı məktəblilər rus dilini yüksək səviyyədə bildiklərini və bu dildə çox gözəl danışdıqlarını nümayiş etdiriblər.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here