Vüqar: “İki dəfə nişan qaytarmışam, evlənməyəcəm”

Müğənni Vüqar Muradov verilişlərin birində qonaq olub.

İfaçı şəxsi həyatı haqda etiraf edərək, evlənməyəcəyini bildirib: “Ailə qurmaq istəmirəm, bunu məndən gözləməsinlər. Elə bir niyyətim yoxdur. İki dəfə cəhd etdim, amma alınmadı. Mən də yoruldum.

Adamı münasibət yormur. Amma sonunda istədiyini almayanda, məyus olursan. Gərək zamanında ayrılasan, uzatmayasan. “Tez münasibət qurum, atamın qucağına nəvə verim” olmamalıdır. Gərək münasibət sağlam olsun. Bir-iki il sonra boşanmaq, uşağın ata-anadan ayrı qalması yaxşı deyil.

Qadının təbisini, təmizini sevirəm. Demirəm ki, əməliyyatsız olsun. İnsan nədəsə narahat ola bilər, onu əməliyyat etdirmək lazımdır. Mən bicliyi sevmirəm. Məni elə insanlar qıcıqlandırır”.

Qeyd edək ki, ikinci dəfə Vüqar toyuna bir gün qalmış nişanlısından ayrılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here