Vüqar Rəhimzadənin məqaləsi “Thompson Reuters” indeksli jurnalında dərc olunub

“İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti Vüqar Rəhimzadənin yeni elmi məqaləsi Polşada nəşr olunan “Thompson Reuters” indeksli “Journal of Juristic Papyrology” jurnalında dərc olunub.
Məqalədə Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından biri kimi mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan, medianın müstəqil ictimai institut kimi formalaşmasının elmi əsaslarından bəhs edilir.
Müəllif diqqətə çatdırır ki, Azərbaycan dövləti elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən modernləşdirilməsinin ən perspektivli istiqamətlərini müəyyənləşdirib. Yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahələr üzrə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edən əsas amillərdir. Bu istiqamətdə mühüm addımlardan biri məhz ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən prezident İlham Əliyevin kosmik sənayenin inkişafına göstərdiyi dəstəkdir.
Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunun, yeni texnologiyaların inkişafı fonunda əldə olunan uğurların əks edildiyi məqalədə bildirilir ki, bu gün İKT Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişafı üçün əlverişli vasitə olaraq qəbul edilir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.
Qafqazinfo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here