“WED Ambassador” (Qadın Sahibkarlığının İnkişafı Səfiri) müsabiqəsini elan edir

DVC – nin “Youth İnc.” Proqramı “GEW” Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “WED Ambassador” (Qadın Sahibkarlığının İnkişafı Səfiri) müsabiqəsini elan edir.
“WED Ambassador” programının məqsədi- liderlik və sahibkarlıq xüsusiyyətinə malik olan qadınları beynəlxalq səviyyəyə çıxartmaqdır.
Hər il ənənəvi olaraq tədbirin keçirildiyi hər bir ölkədən bir nəfər iştirakçı-qadın “WED Ambassador” statusunu qazanmaq şansını əldə edir. Bu statusu qazanan şəxs bir il boyunca digər “WED Ambassador”-larla birlikdə biznes fəaliyyəti ilə məşğul olan qadınlar üçün Təşkilatın keçirəcəyi müxtəlif tədbirlərdə iştirak etmək hüququ qazanır.

Namizədlər fəal sahibkarlıq fəaliyyəti ilə məşğul olan, liderlik və innovativ xüsusiyyətlərə malik olmalıdırlar. Əgər siz də göstərilən kriteriyalara maliksinizsə, bu halda məhz nəyə görə siz seçilməlisiniz mövzüsunda xülasənizi [email protected] elektron ünvanına 14 noyabr 2014-cü il tarixədək göndərməyiniz xahiş olunur.
Biz “WED” Proqramını ictimaiyyətdə tanıda və təmsil edə biləcək motivasiyalı şəxslərin müraciəttlərini gözləyirik!