Xələf Xələfov: Xəzərin statusu üzrə Konvensiya layihəsi Azərbaycanın milli maraqlarına cavab verir

Xəzər dənizinin hüquqi statusu üzrə görüş uğurlu keçdi. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O qeyd edib ki, görüşdə Çərçivə xarakteri daşıyan Konvensiya razılaşdırılıb.

Nazir müavini bildirib ki, Konvensiya layihəsi Azərbaycanın milli maraqlarına tam cavab verir.

X.Xələfov əlavə edib ki, Konvensiya layihəsinə əsasən Xəzər dənizində 15 mil ərazi suları zonası, 10 mil balıqçılıq zonası kimi müəyyənləşdirilib. Dənizin qalan hissəsi isə ümumi istifadə üçün nəzərdə tutulub:

“Xəzər dənizinin dibi sektorlara bölünür. Konvensiyada gəmiçiliyin təhlükəsizliyi, hərbi balansın saxlanması kimi prinsiplər öz əksini tapıb”.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here