RESPONSIVE LEADERBOARD AD AREA
ƏDƏBİYYAT

Xəstə yazıçıya “Ulduz”dan kömək

234

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ulduz” jurnalının baş redaktoru şair Qulu Ağsəs xeyirxah addım atıb.

Axar.az xəbər verir ki, Qulu Ağsəs “Ulduz” jurnalının fevral sayının qonorarını hepatitdən əziyyət çəkən yazıçı Kənan Hacıya verəcəklərini bildirib. Buna jurnalda əsərləri dərc olunan müəlliflər də razılıq verib.

“Ulduz”un bu sayında Vaqif Nəsib, Xanəmir Telmanoğlu, Vahid Qazi, Səxavət Sahil kimi yazarların əsərləri yer alıb.

Qeyd edək ki, yazıçı Kənan Hacı 8 ildir hepatit C xəstəliyindən əziyyət çəkir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı