“Xəyalımızdakı Qarabağ” rəsm müsabiqəsi

Rəsm çəkməyi bacarırsınız? Gəlin bacarığımızı kreativ şəkildə istifadə edərək “Xəyalımızdakı Qarabağı” əks etdirək!

#ATGTİ-nin maliyyə dəstəyi,Virtual Qarabağ İKT-nin təşkilatçılığı ilə “Qarabağ Mərkəzi “ tələbə gənclər arasında “Xəyalımızdakı Qarabağ” rəsm müsabiqəsi layihəsini elan edir.Dialoq.info xəbər verir ki,  müsabiqədə rəsm bacarığı olan bütün ali və orta-ali təhsil müəssisələrinin tələbələri iştirak edə bilər. Qeydiyyatdan keçən hər kəs çəkdiyi rəsmi Virtual Qarabağ İKT-yə təqdim edəcək. Təqdim olunmuş rəsmlərin sərgisi təşkil olunaraq iştirak edən hər kəsə sertifikat təqdim olunacaq və ən yaxşı üç rəsmin müəllifi dəyərli hədiyyə və diplomla mükafatlandırılacaq.

Müsabiqə informasiya vasitələrində də şərh ediləcək.
Müsabiqənin mövzusu:
1. Qarabağın dağıdılmış,məhv edilmiş abidələrini əks etdirən rəsmlər.
2. Qarabağ mədəniyyətini,incəsənətini əks etdirən rəsmlər.

Müsabiqədə iştirak etmək üçün özünüz haqda məlumatı (ad,soyad,ata adı,telefon,e-mail,Təhsil müəssisəsi,fakultə,ixtisas və kurs) [email protected] adresinə göndərməyiniz xahiş olunur.

Son qeydiyyat tarixi: 10 .11.2014
Əlaqə: E-mail: [email protected]
Tel:(050) 687-86-03.