Xəzər Universitetində Misir Mədəniyyət Günü qeyd olunub

 Xəzər Universitetinin “Dünya məktəbi”ndə Misir Mədəniyyət Günü qeyd olunub.
“Elçi daşı” layihəsi çərçivəsində həyata keçirilən tədbirin məqsədi xarici ölkələrin Azərbaycandakı səfirlikləri və mədəniyyət mərkəzləri ilə əməkdaşlıq qurmaq, şagirdləri ölkələrlə daha yaxından tanış etməkdir.
Tədbirdə Azərbaycanla Misirin müştərək mədəni əlaqələrindən söz açılıb, qədim ərəb əfsanəsi “Leyli və Məcnun”un klassik ədəbiyyatımızda özünəməxsus yerindən bəhs edilib. Şagirdlərin ifasında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasından səhnələşdirilmiş parçalar maraqla qarşılanıb.
Mərasimdə uşaqların “Misir şagirdlərin gözü ilə” mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib.