RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.11.08 13:57

Xaçmazda maskalı şəxs evə basqın edib

16

DİN-in “102” Zəng Mərkəzinə Xaçmaz rayonu ərazisində baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırılmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girmiş maskalı şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunan T.Nizamov saxlanılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı