Xalça Muzeyində “Keçə sənətinin tarixi” mövzusunda mühazirə keçirilib

Azərbaycan Xalça Muzeyində tanınmış keçəçi-rəssam Rauf Əbdülhüseynoğlu tərəfindən ustad dərsləri keçirilib.

Rəssam mühazirədə keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və məişətdəki əhəmiyyəti barədə geniş məlumat verib. Mühazirədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.

AZƏRTAC