Xalq Artisti Alim Qasımov Tehranda konsert proqramı ilə çıxış edəcək

Xalq Artisti Alim Qasımov Tehranda konsert proqramı ilə çıxış edəcək

Martın 9-10-da Xalq Artisti Alim Qasımov Tehranda konsert proqramı ilə çıxış edəcək.

Bu barədə məlumat xanəndənin “facebook” səhifəsində yer alıb.

Konsertdə A.Qasımov səhnəni iranlı musiqiçi Pərvaz Homay ilə bölüşəcək. 90 dəqiqə davam edəcək konsertdə ifaçıların dueti də gözlənilir.

Qeyd edək ki, Pərvaz Humay 2005-ci ildə “Mastan” adlı ansambl yaradıb və hazırda bu musiqi qrupunun rəhbəridir.

AZƏRTAC