“Xalq Bank” Yevlax şəhərindəki filialında 5 vakansiya

“Xalq Bank” Yevlax şəhərindəki filialına kiçik kassir, kassir, aparıcı kassir, böyük kassir, baş kassir vəzifələrinə işə qəbul elan edib. Dialoq.info-un banka istinadən yaydığı məlumata görə, namizədlər maliyyə, iqtisadiyyat, menecment və hüquq sahəsində ali magistr təhsilli olmalı, riyazi hesablamalar aparmalı, kompüterdə işləməyi bacarmalıdır. Bank və yaxud bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır. Oğlan namizədlər hərbi xidməti bitirməli və yaxud hərbi xidmətdən möhlət hüququ olmalıdır.

Əsas vəzifə öhdəlikləri:
– Mərkəzi Bankın tələblərinə uyğun olaraq kassa əməliyyatları aparmaq;
– Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığını hesablamaq;
– Nağd vəsaitləri çeşidləmək;
– Bankomatları yükləmək və boşaltmaq;

Maraqlananlar noyabrın 21-nə qədər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifənin adı qeyd olunmalıdır.
Əmək haqqı vəzifədən asılı olaraq 480 manatdan 1120 manata qədərdir. Bank təcrübəsi olmayan namizədlər 320 manat əmək haqqı ödənilməklə stajçı kassir  götürülə bilər.
İş vaxtı həftənin 5 günü, saat 9:00-dan 18:00-a qədərdir.