RESPONSIVE LEADERBOARD AD AREA
ƏDƏBİYYAT

Xalq Şairinin xatirəsi yad edilib

217

2 fevral – Gənclər Günündə Səməd Vurğunun ev-muzeyində Xalq Şairi Vaqif Səmədoğlunun xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Nüşabə Vəkilova mərhum şairin sağlığında hər zaman gəncləri dəstəklədiyini vurğulayıb: “Tədbirə əsasən gəncləri dəvət etmişik. Vaqif gəncliyi sevirdi, onlara qarşı çox həssas idi. Hər zaman gəncliyə arxa dururdu, onları dəstəkləyirdi. Məhz bu səbəbdən Vaqifin xatirə gününü Gənclər günündə qeyd edirik”.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin direktoru, şair Səlim Babullaoğlu şairin yaradıcılığından, hələ sağlığında klassik şair olaraq dünyada tanınmasından söhbət açıb. Xarici səfərlərdə onunla birgə tanınmış insanlarla maraqlı görüşlərdən, həyata nikbin gözlə baxan şairin xəstə olarkən də şahidi olduğu baməzə söhbətlərindən, onun həyatsevərliyindən danışıb.

Tədbirin aparıcısı Pərvin Nurəliyeva, Şəhriyar Delgerani, Rəbiqə Nazimqızı və başqalarının ifasında şairin “Son gecədir bu gün yenə…”, “Sən mənim doğma anamsan, Azadlıq”, “Eşidirsənmi?..”, “Mən burdayam, İlahi!”, “Mən ölən gün”, “Bu payız da başlandı” və digər şeirlər səslənib. Gənclər şairin şeirləri haqqında fikirlərini bölüşüblər.

Vurğulanıb ki, xatirələri, yaddaşlardan silinməyən zarafatları, orijinal sözləri ilə, bənzərsiz sənəti və dillərdən düşməyən əsərləri ilə hər zaman diridir Vaqif Səmədoğlu.

Tədbirdə Vurğun ocağının davamçısı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vurğun Vəkilov fortepianoda gənc bəstəkar Emil Əfrasiyabın “Atama məktub” əsərini səsləndirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı